Rusiya prezidenti Vladimir Putin Parisdə bu gün başlayan İqlim Dəyişikliyi Sammitində dünya liderlərinin yer aldığı ailə fotosunda iştirak etməyib.
Siyasətçilər foto çəkdirdikləri zaman prezident Putinin təyyarəsi hələ təzə eniş edib.
Bu isə bəzi şayiələrin yaranmasına səbəb olub. Belə ki, bəziləri Sammit təşkilatçılarının qəsdən Ərdoğanla Putinin üz-üzə gəlməməsi üçün belə bir planlaşdırma apardıqlarını, bəziləri isə Ərdoğanla qarşılaşmamaq üçün rus liderin qəsdən Parisə gecikdiyini iddia edib.


Cia.az
