|
"Traktor Sazi"nin növbəti sınağı

İran çempionatında 13-cü turunun oyunları keçirilir.

Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "Malavan"ın qonağı olacaq.

Son turda xal itkisi ilə üzləşən "Traktor Sazi" bu dəfə səfərdən 3 xalla ayrılmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.

Qeyd edək ki, "Traktor Sazi" 12 turdan sonra 15 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

30 noyabr

İran çempionatı, 13-cü tur

15:45. "Malavan" - "Traktor Sazi" 

 
Cia.az