Dünyada milyonlarla insanlar miqrendən əziyyət çəkir.
1990-cı illərinin əvvəlindən miqren tutmalarının qarşısnı alan "triptan"lar adlı dərmanlar mövcuddur. Lakin indiyə kimi miqren tutmalarının profilaktikası üçün dərmanlar yox idi.
ScientificAmerican-ın məlumatına əsasən, Kaliforniya Universiteti alimləri miqren tutmalarının profilaktikası üçün xüsusi dərman hazırlayıb və artıq sınaqdan keçiriblər. Sınaqlarda miqrendən əziyyət çəkən bir qrup insanlar iştirak edirdi. Bu insanlar 1 ay ərzində 2 həftəyə kimi miqren ağrılarından əziyyət çəkirdi. Sınaqların nəticəsində məlum oldu ki, yeni dərmanın qəbundan sonra bu insanlarda miqrenlə olan günlərin sayı 60% qədər azaldı.
Alimlərin fikirinə görə, gələn ildən yeni müalicə üsulu geniş istifadə olunacaq.
Cia.az
