|
Dərini qışa hazırlayan maskalar

Qış aylarında soyuq havanın təsiri ilə həssaslaşan və  quruyan dəri daha çox qulluq tələb edir.

Təqdim etdiyimiz maskalar dərinizi qışa hazırlayacaq.

Yumurta maskası

Tərkibi:

1 ədəd yumurtanın sarısı

2 çay qaşığı bal

2 xörək qaşığı yer fıstığı yağı

5 damcı limon şirəsi

Hazırlanması və tətbiqi:

Hamısını qarışdırıb çəkin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun.

Avokado maskası

Tərkibi:

Yarım avokado

1 ədəd yumurtanın sarısı

20 damcı limon şirəsi

Hazırlanması və tətbiqi:

Məhsulların hamısını qarışdırıb məcun əldə edin. 20 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun. Maskadan dərhal sonra nəmləndirici krem çəkin.

Cia,az