Bakı polisi 1 ildir axtarışa verilən məmuru saxlayıb.
Məlumata görə, rüşvət almaq və vəzifə saxtakarlığına görə axtarışda olan şəxs Binəqədi polisi tərəfindən tutulub.
Cinayət Məcəlləsinin 311 (rüşvət almaq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə 2014-cü ilin iyun ayından Binəqədi RPİ 4-cü polis bölməsi tərəfindən axtarışa verilmiş Bakı sakini, 1966-cı il təvəllüdlü Bəhruz Məlikzadə saxlanılıb. Araşdırma aparılır
Cia.az
