İngiltərədəki Bath Universitetinin alimləri atletika ilə məşğul olmazdan əvvəl içinə bir xörək qaşığı şəkər qatılmış su içməyin enerji içkilərindən daha təsirli olduğunu deyiblər.
Mütəxəssislərin həyata keçirdikləri təcrübələrdə velosipedçilər iştirak ediblər. Velosipedçilərin bir qisminə qlükoza, bir qisminə isə qlükoza və fruktoza molekullarından ibarət içki verilib. Yarışın sonunda qlükoza və fruktoza içən velosipedçilərin daha yaxşı yarışdıqları məlum olub. Araşdırmaçılar içərisində fərqli şəkər tipləri olan içkilərin bədənə daha tez sorulduğunu dilə gətiriblər. Həm də tərkibində şirniyyat olan içkilər orqanizmə xüsusi enerji verir.
Cia.az
