Türkiyənin Van vilayətində 6 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Erciş – Adilcevaz rayonları arasındakı magistral yolda hərəkət edən avtomobilin qarşısına qəfildən it çıxıb. İti vurmamaq üçün sürücünün qəfildən sükanı çevirməsi ilə avtomobil aşıb.
Qəza zamanı 3 sərnişin hadisə yerində dünyasını dəyişib. Xəstəxanaya çatdırılan yaralılardan daha 3 sərnişinin də həyatını xilas etmək mümkün olmayıb. Yaralanan daha 4 nəfərin isə müalicəsi davam edir.
Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.
Cia.az
