|
Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünü bıçaqlayaraq öldürüb
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə,  noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmənli kənd sakini 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi  bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.
 Polis bölməsindən insidentlə əlaqədar  APA-ya hələlik açıqlama verilməyib.  
Xatırladaq ki, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Polis bölməsindən APA-ya verilən məlumata əsasən, ilkin ehtimala görə, Nəsimi İbrahimov yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.
 
Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.
Cia.az