|
Bakıda avtomobil 81 yaşlı kişini vurdu
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Nərimanov rayonu, Heydər Əliyev prospekti 81 ünvanında “Hyundai” markalı, 90 XT 346 dövlət nömrə nişanlı avtomobil yolu keçən 1934-cü il təvəllüdlü Əlişan Əbiyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən xəstəxanada ölüb.
Cia.az