|
Aeroportun baş direktorunun villası qarət olundu

Moskvanın Vnukovo beynəlxalq aeroportunun baş direktorunun Yeni Moskvada, Ravesant qəsəbəsindəki villası quldur hücumuna məruz qalıb.

Yerli hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, quldurlar bağ evindən norka xəzindən olan bahalı kürk, 14 ədəd qiymətli qol saatı, qızıl-zinət əşyaları və ov silahı aparıblar.

Baş direktor Vasili Aleksandrova dəyən maddi ziyan milyonlarla rublla hesablanır.

Bundan əvvəl - noyabrın 20-də Moskvada daha bir məşhurun evinə silahlı quldur hücumu olmuşdu. Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidenti Sergey Yeliseyevin evinə basqın edən quldurlar oradan 450 min dollar, 5 milyon rubl və 30 min avro nağda pul aparmışdılar.

Cia.az