Müğənni-bəstəkar Murad Arif sevmədiklərini açıqlayıb.
Axşam.az ifaçının sevmədiyi 15 hərəkəti təqdim edir:
1. Qol saatı taxmağı sevmirəm. Acığım gəlir. Əlim-qolum azad olmalıdır. Vaxtı isə telefondan öyrənmək daha rahatdır.
2. İnsan nəfəsinin təravətini daim nəzarətdə saxlamalıdır. Əks halda bütün xoş münasibəti kəsə bilərəm.
3. Ətir hədiyyəsini sevmirəm. Sən nə bilirsən mən hansı ətiri işlədirəm? Niyə mənə bu bahalı və dəxlisiz ətiri almısan?
4. 15 saniyədən uzun olan səsli mesajları sevmirəm. Mənim o qədər vaxtım yoxdur axı.
5. Mesajda “salam” yazıb, ona "salamla" cavab gözləməyi xoşlamıram. İnsan "salam" yazıb, dərhal mətləbə keçməlidir.
6. İlıq suyu sevimirəm. Ya isti, ya da soyuq olmalıdır.
7. Ləng insanları sevmirəm. Allah bəlanızı versin.
8. Gecikən insanları sevmirəm. Daha betər olasınız.
9. Tələsdiyimi hiss edib, yavaş və uzaqdan söhbətə başlayanları bıçaqlaya bilərəm. Ya da xətrinə dəyəcək qədər kobud davrana bilərəm.
10. Yorğan öz astarından çıxanda sevmirəm. Bunları bir-birinə tikin də.
11. Hər zaman ütülü, səliqəli və ayaqqabısı parıldayan adamlardan ehtiyat edirəm. Məncə, normal insan hərdən səliqəsiz görünə bilər.
12. Sənətkar iddiasında olan manısları sevmirəm. Mənə nə ki, filan məmurun oğlunun toyunu sən oxumusan? Ondansa Qabriel Qarsiya Markesi oxu gəl.
13. Bir neçə nömrəsi olan adamları xoşlamıram. Bir nömrəsinə zəng çatmayanda, başqasına yığarkən söyüş işlədirəm.
14. Behsiz toy yazmaram. Təmiz biznes...
15. Məni sevməyənləri sevmirəm. Məncə heç kəsə əsas verməmişəm ki, məni sevməsin.
Cia.az
