|
"Mələklər"dən seksual şou

Bütün dünyanın maraqla gözlədiyi "Victoria's Secret Fashion Show" ötən gün İngiltərənin paytaxtı Londonda reallaşıb.

Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, Gisele Bündchen, Candice Swanepoel, Adriana Lima, Alessandra Ambrossio kimi dünyanın ən cazibədar top modellərin podiuma çıxdığı gecədə, həm modellər, həm də iddialı iç geyimləri göz qamaşdırıb.

Müğənnilər Taylor Swift, Ariana Grande, Ed Sheeran-ın çıxışları ilə rəng qatdığı nümayişdə 47 "Victoria 's Secret" mələyi, türk dizayner Serkan Curanın hazırladığı qanadları taxıb.

Dəfilədə ən diqqət çəkən məqam modellər Adriana Lima ilə Alessandra Ambrosio-nun nümayiş etdirdiyi hər biri 2 milyon dollar dəyərindəki iç geyimləri olub.

"Dream Angels Fantasy Bra" büstqalterlər dünyaca məşhur dizayner Mouawad tərəfindən xüsusi olaraq hazırlanıb. İç geyimləri 18 karat qızılla birləşdirilmiş 16.000 ədəd qiymətli daşlarla- yaqut, almaz, göy və açıq mavi sapfirlə bəzədilib.