Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun oyunlarına start verilib.
İlk oyun günündə E, F, G və H qruplarının hərəsində iki qarşılaşma baş tutub.
Keçirilən 8 oyundan sonra 3 komanda – “Barselona”, “Bavariya” və “Zenit” növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Çempionlar Liqasında 5-ci turun növbəti 8 oyunu bu gün keçiriləcək.
24 noyabr
Çempionlar Liqası, qrup mərhələsinin 5-ci turun oyunları
E qrupu
21:00. BATE (Belarus) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:1
Qollar: Gordeyçuk, 2 (1:0), Mehmedi, 68 (1:1)
23:45. "Barselona" (İspaniya) - "Roma" (İtaliya) - 6:1
Qol: Suares, 15, Messi, 18, Suares, 44, Pike, 56, Messi, 60, Korrea, 77 - Dzeko, 90+1
Cia.az
