|
Platini futboldan ömürlük uzaqlaşdırıla bilər

UEFA-nın prezidenti Mişel Platini ömürlük futboldan uzaqlaşdırıla bilər.
Bu barədə Platininin vəkili Fransa mətbuatına açıqlamasında deyib.

 O bildirib ki, UEFA prezidenti FİFA İcraiyyə Komitəsi tərəfindən futboldan birdəfəlik uzaqlaşdırıla bilər.

Adı rüşvət qalmaqalında hallanan Platini haqda araşdırmalara dekabr ayında yekun vurulacaq.
 
Xatırladaq ki, Platini 90 günlük UEFA-nın prezidentliyi vəzifəsindən uzaqlaşdırılıb.

Cia.az