|
Ermin Zets: "Qələbə üçün sonadək mübarizə aparacağıq"

"Ağır oyun olacaq, lakin biz sonadək mübarizə aparacağıq.

Bunu "Qəbələ"nin futbolçusu Ermin Zets Yunanıstanda PAOK-la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçı öncəsi deyib.

Bosniya və herseqovinalı hücumçu Bakıdakı oyunu səfərdə də nümayiş etdirəcəklərini bildirib: "Biz hələ ilk oyunda göstərdik ki, nəyə qadirik. Həmin matçda qolsuz heç-heçə qeydə alınsa da, xarakter nümayiş etdirmişdik. Bu oyunda da yaxşı şansımız var. Qələbə qazanmaq üçün oynayacaq, sona kimi mübarizə aparacağıq".

Zets PAOK-un çılğın azarkeşlərinin onlara problem yaratmayacağını da əlavə edib.

Cia.az