|
Sərdar Ortaçdan azərbaycanlı xanımlara bayram hədiyyəsi

Türkiyəli müğənni Sərdar Ortaç Bakıya gəlir. 
İfaçı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətiylə konsert verəcək. 
Gecənin təşkilatçısı Nahid Emiloğlu tədbirin martın 8-də Bakı Əyləncə Mərkəzində baş tutacağını bildirib. 
Qeyd edək ki, əməkdar artist Ədalət Şükülov açıqlamasında Bakı konserti zamanı S.Ortaçla bir araya gələcəyini demişdi.

Cia.az