Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
Dəyişikliklə Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb.
Dəyişikliklərlə, Mərkəzi Bankın funksiyalarına ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib etmək, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin etmək məsələləri də daxil edilib.
Cia.az
