Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyəyə getməkdən imtina edib.
O, Ortaq Strateji Planlaşdırma Qrupununda Türkiyə XİN rəhbəri ilə danışıqlar aparmayacaq. Lavrovun İstanbula səfəri 3-cü günə planalaşdırılırdı.
Rusiya XİN rəhbəri bu xəbərə şərh olaraq bildirib ki, Türkiyədəki terror təhlükəsi Misirdəkindən heç də az deyil. Rusiya KİV-ləri isə səfərin təxirə salınmasının əsl səbəbini bu gün Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması göstərib.
Qeyd edək ki, hazırda Lavrov prezident Vladimir Putinlə birgə Soçidədir.
Cia.az
