|
Baş Prokurorluqdan intihar və intihara cəhdlə bağlı

Bakı şəhər Prokurorluğu bu gün paytaxtda baş verən intihar və intihara cəhd hadisələri ilə bağlı açıqlama yayıb.
Bakı şəhər Prokurorluğundan Cia.a verilən məlumata görə, noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi, bundan başqa, həmin gün saat 15 radələrində paytaxtın Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın yaşadığı evin 19-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktlarına görə Binəqədi və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.

Hər iki iş üzrə məhkəmə-tibb ekspertizalar təyin olunub və hadisələrin səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Cia.az