|
Bakıda 25 yaşlı gəlin özünü 19-cu mərtəbədən atdı

İntihar edən qadının ailəsi ilə birlikdə orada kirayədə yaşadığı bildirilir.

Sabunçu Rayon Polis İdarəsindən deyiblər ki, həkim briqadası hadisə yerinə gələnədək həmin qadın dünyasını dəyişib.

Sakinlərin verdikləri məlumata görə intihar edən xanımın 3 yaşlı bir övladı qalıb.

APA-nın dəqiqləşdirməsinə görə isə intihar edən 1990-cı il təvəllüdlü Ayşən Dadaşova olub.

*   *   *15:04

Paytaxtın Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində, 2-ci binada bir qız özünü çoxmərtəbəli binanın 19-cu mərtəbəsindən ataraq intihar edib.

Qızın 23 yaşı olub.

Cia.az