|
AYB-nin Vahid Əzizlə bağlı açıqlaması:

AzərPeyk xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi Vahid Əzizlə bağlı açıqlama yayıb. 

"Bu gün – noyabrın 23-də Vahid Əzizin. 70 yaşı tamam olur. Səhərdən başlayaraq saytlarda Vahid Əzizin açıqlamasıyla Azərbaycan Yazıçılar Birliyinin onu niyə təbrik etməməsi baradə ləyaqətsiz bəyanatlar verilir. Səbirləri çatmır ki, heç olmasa günün ikinci yarısını gözləsinlər. Rəsmi təbrik isə “Ədəbiyyat qəzeti”nin növbəti nömrəsi üçün hazırlanır... Odur ki, Vahid Əzizin tələsib, təbrikin gecikməsi münasibətilə haray-həşir qaldırmasına, həmişə ona lazımi qayğı göstərən xalq yazıçısı Anar və xalq şairi Fikrət Qocaya təhqiramiz sözlər söyləməsinə ancaq təəccüblənirik.

Vahid Əzizi 70 yaşı münasibətilə təbrik edir və gələn yubileylərində hövsələli olmağı arzu edirik".

Cia.az