|
Bakıda avtobus qadını vurub öldürdü

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Cia.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, 21-i saat 06:45 radələrində, Nərimanov rayonu Atatürk prospektində Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Nurəddin Süleymanov idarə etdiyi «Daewoo» markalı 211 saylı xətt avtobusu ilə Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Həmayil Nəbiyevanı vurub. Nəticədə H.Nəbiyeva aldığı xəsarətdən hadisə yerində ölüb.

*   *   *10:50

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində "Daewoo" markalı sərnişin avtobusu 50-55 yaşlı qadını vurub.

Ağır xəsarətlər alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Cia.az