|
Bakıda namus üstündə güllələnən polis əməkdaşı imiş...

Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Xəzər Rayon Prokurorluğundan virtualaz.org-a bildiriblər ki, insident zamanı güllələnərək qətlə yetirilən Malik Muradov polis işçisidir. O, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.

 

*   *   *10:00

Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Cia.az