|
Xalq artisti konsertə hazırlaşır

Noyabrın 24-də Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə xalq artisti Aygün Bayramovanın solo konserti keçiriləcək.

Milli Konservatoriyadan Axşam.az-a bildirilib ki, konsertdə ifaçını əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və başqaları müşayiət edəcək.

Konsertdə bir sıra xalq və bəstəkar mahnıları səsləndiriləcək.

Cia.az