"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Tomas Tuhel Almaniya Bundesliqasının 13-cü turunda "Hamburq"a məğlubiyyəti şərh edib.
Tuhel komandasının bu görüşdə məğlubiyyətə layiq olduğunu bildirib:
"İlk hissədə nümayiş etdirmək oyunu sərgiləyə bilmədik. Futbolçulardan tələb etdiyim oyunu görmədim. Niyə belə oynadığımızı bilmirəm. Oyuna pis başladıq, fasiləyə məğlub yollandıq. Belə oyunla heç nə qazana bilmərik. Düşünürəm ki, bu görüşdə komandam məğlubiyyətə layik idi".
Qeyd edək ki, "Hamburq" - "Borussiya" oyunu 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Cia.az
