"Roma"nın futbolçusu Alessandro Florenziyə təkliflər gəlməkdə davam edir.
"Barselona"nın ardından "Arsenal" və "Tottenhem" klubları italiyalı futbolçuya "elçi" düşüb.
"Roma" 24 yaşlı futbolçunu yüksək qiymətə satmaq niyyətindədir. Adı çəkilən klublardan hansının "Roma"nın təklifi ilə razılaşacağı maraqla gözlənilir. Hələlik Florenzinin karyerasını hansı klubda davam etdirəcəyi məlum deyil. Onun mövsümün sonuna qədər "Roma"da qalacağı istisna olunmur.
Qeyd edək ki, 2011-ci ildən "Roma"da çıxış edən Flozenzi keçirdiyi 120 oyunda 16 qol vurub.
Cia.az
