Bu gün bütün dünyanın "futbol ürəyi" İspaniyanın paytaxtı Madriddə döyünəcək.
Dünyada ən prinsipial derbi oyunlarının ilk "beşliyi"nə başçılıq edən və azarkeşlər arasında daha çox "El Klassiko" adı ilə tanınan "Real"-"Barcelona" derbisi bu gün oynanılır.
Hər iki klubun Azərbaycanda da saysız fanatları var. Bəs onlar bu gün Bakı vaxtı ilə saat 21:15-də Madridin məşhur "Santyaqo Bernabeu" stadionunda başlayacaq bu möhtəşəm oyunu hansı telekanallar vasitəsilə izləyə biləcək?
Virtualaz.org saytı bu prinsipial derbini canlı yayımlayacaq telekanalları təqdim edir:
"İdman Azərbaycan"
"Lig TV 3" (Türkiyə)
"NTV+2" (Rusiya)
Cia.az
