|
Oğul atasından 2000 manat oğurladı -

Şəkidə oğul atasının mənzilini qarət edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Ağaəli Mustafayevin oğurluq barədə şikyaət ərizəsi əsasında Şəki ŞRPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat nəticəsində noyabrın 17-də A.Mustafayevin mənzilindən 1500 manat pul və qızıl əşyalar, habelə həyətində olan “VAZ-2101” markalı avtomobildən 500 manat pul oğurlamış oğlu Araz tutulub.

Cia.az