|
Ayaz Mütəllibov vertolyotda həlak olanların məzarlarını ziyarət etdi

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilərin vurduğu “Mi-8” helikopterində həlak olan dövlət xadimlərinin Fəxri xiyabandakı məzarını ziyarət edib.

Eks-prezident erməni terrorunun qurbanı olan dövlət xadimlərinin məzarlarını üzərinə gül dəstələri qoyub.

Həmin dövrdə ölkə prezidenti olan A.Mütəllibov sayta açıqlamasında deyib ki, dövlət xadimlərinin olduğu helikopterin vurulması Azərbaycan tarixində baş verən ən böyük faciələrdən biridir: "Bu faciə xalqın yaddaşına həkk olub. Faciədən 24 il keçməsinə baxmayaraq, unudulmur. Onların məzarlarına baxanda adamın ürəyi ağrayır. Allah rəhmət eləsin. Bu cür hadisə olmamalı idi. O zaman təlatümlü dövr idi. Bu cür hadisələrə geosiyasi məsələlər konteksində bağlamaq lazımdır. Bu hadisənin törədilməsində kimlər maraqlı idi, sifarişçi kim idi və.s məsələlər araşdırılmalıdır. Belə hesab edirəm ki, indi bunlarla bağlı tam dolğun deyilməsə də, müəyyən məsələlər açıqlanacaq".

Cia.az