|
Ermin Zets Türkiyə klubundan 1 milyon 800 min avro istəyir

"Qəbələ" futbolçusu Ermin Zets sabiq klubu "Balıkesirspor"un ona olan borcunu ödənilməsini tələb edir.

Bu barədə Türkiyə klubunun nümayəndəsi Şahkan Saltık məlumat verib. O deyib ki, E.Zets borclarının qarşılığında klubdan 1 milyon 800 min avro tələb edir.

Ş.Saltık 27 yaşlı hücumçunun borcunun ödənməsi üçün FİFA-ya müraciət etdiyini deyib.

Qeyd edək ki, E.Zets bu yay "Balıkesirspor"dan "Qəbələ"yə transfer olunub.

Cia.az