|
Əməkdar artist ərindən boşandı

Rusiyanın əməkdar artisti, müğənni Nataşa Koroleva "Tarzan" kimi tanınan əri Sergey Qluşkodan ayrılıb.
12 ildir evli olan ikili arasında münaqişə Sergeyin striptizçi işlədiyi məkanın xanım müştərilərindən birinin ona avtomobil hədiyyə etməsi ilə başlayıb.
Bu, onlar arasında bir müddətdir gərgin olan münasibətin tamamilə bitməsində rol oynayıb. Qluşkonun dəfələrlə qısqanclıq üçün səbəb verdiyini görən 42 yaşlı ulduz boşanmaq qərarı verib.

Qeyd edək ki, cütlüyün 13 yaşlı oğulları var.

Cia.az