Fövqəladə Hallar Nazirliyi Bakıda gecə saatlarında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Yanğın Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində baş verib. Nəticədə pilləkən qəfəsində quraşdırılmış 24 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az
