|
Afaq Gəncəlinin oğlunun cəsədi Bakıya gətirildi

ATV telekanalının məşhur aparıcısı Afaq Gəncəlinin oğlunun cəsədi Türkiyədən Bakıya gətirilib.

Cənazə hava limanından birbaşa məscidə aparılıb. 12 yaşlı Qədirxan bügün torpağa tapşırılacaq. Onun cənazəsi müğənninin Badamdartdakı evindən götürüləcək.
Xatırladaq ki, Qədirxan ötən gecə uzun sürən xəstəlikdən sonra Ankarada vəfat edib.
Allah rəhmət eləsin.

Cia.az