Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Selina Doğan ermənipərəst vəd verib.
Millət vəkili erməni diasporunu düşmən kimi təqdim edilməsinə qarşı mübarizə aparacağını söyləyib.
“Erməni diasporunun timsalında düşmən obrazı yaradılmasına qarşı mübarizə aparacağımızı və xaricdəki ermənilərlə vətəndaşlıq əlaqələrinin qurulması üçün əlimizdən gələni edəcəyimizi bildiririk”, - Selina Doğan deyib.
CHP-li millət vəkili partiya qərargahında Hrant Dink Vəqfi tərəfindən həyata keçirilən Türkiyə-Ermənistan Jurnalist Dialoq Proqramı çərçivəsində Türkiyədə olan bir qrup jurnalistlə görüşüb. O, “Aqos” nəşrinin baş redaktoru Hrant Dinkin öldürülmədən əvvəl yaxın dostlarından biri olduğunu ifadə edib.
Cia.az
