|
Prezident Administrasiyasının şöbə müdirinə orden verildi

Prezident İlham Əliyev Eldar Nuriyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Eldar Qasım oğlu Nuriyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, E.Nuriyev Azərbaycan Prezidenti Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiridir.

Cia.az