|
Genital bölgədə uçuq çıxarsa...

Genital bölgədə yaranan uçuq dodaqda çıxan uçuğa bənzər səbəblərdən ortaya çıxa bilər və yoluxucu xüsusiyyətə malikdir.

Ümumiyyətlə, genital uçuq insanın immunitetinin zəiflədiyi vaxtlarda, məsələn, ağır bir xəstəlik və ya gərgin stressdən sonra özünü göstərir. Uçuq genital bölgədə yanma, batma və ya qaşınma kimi şikayətlərlə özünü göstərir. Bir neçə gündən sonra qabarcıqlar yaranır və genital bölgənin xüsusiyyətlərinə uyğun olaraq uzun zaman sağlam qalmayaraq soyulur və yerində həssas dəri qalır.

Uçuqlu bölgəni qoruyun

Uçuqlu bölgənin təraş edilməsi və ya kəsilməsi şikayətləri artıra bilər. Cinsi əlaqə zamanı qorunsanız da, dəri təması olduğu üçün keçici ola bilər. Dar və sintetik alt paltarları narahatlıq yarada bilər.

Müalicəsi

Genital uçuğun müalicəsi mütləq dermatoloq müayinəsi ilə aparılmalıdır. Uçuğun müalicəsi nə qədər tez başlayarsa, sağalması o qədər qısa vaxtda mümkün olar. Krem və ya bəzi vaxtlarda həblə müalicə edilir. Uçuqda ən böyük problem yara sağaldıqdan sonra virusların dəri sərhədlərinin arxa köklərində qalması və immunitet zəiflədikdə təkrar çıxmasıdır. Xüsusən ayda bir və ya 2-3 həftədə bir tez-tez təkrarlanan uçuq özünü göstərərsə, həkim bəzi testlər istəyə bilər və ya mütəmadi müalicə tətbiq edə bilər.

Qabaqlayıcı tədbirlər

Dəsmal kimi şəxsi əşyaların ümumi istifadəsi, tualetdən istifadə edildikdən sonra, xüsusən unitazın dezinfeksiya edilməsi lazımdır. Sauna, hamam kimi ortaq sulu məkanlarda isə dəsmal sərib sonra oturmaq lazımdır.

Cia.az