|
Unudulmaqda olan xalq yaradıcılıq nümunələri dirçəldilməlidir

Noyabrın 20-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Unudulmaqda olan xalq yaradıcılıq nümunələrini dirçəltmək” mövzusunda seminar keçiriləcək.

Seminarda AMEA-nın aparıcı elmi işçiləri, respublikanın ali təhsil ocaqlarının professor və müəllimləri, eləcə də respublikanın tanınmış sənət adamları iştirak edəcəklər.

Seminarın keçirilməsində məqsəd əsrlər boyu yaranmış xalq yaradıcılıq nümunələrinin təbliğ olunması, unudulmaqda olan xalq sənətkarlığı nümunələrini bərpa edib dirçəldilməsi, onları gələcək nəsillərə ötürərək yaşatmaqdan ibarətdir.

Seminar bir gün davam edəcək.

Cia.az