|
Bakıda “Land Cruiser” iki piyadanı vurub öldürdü

Bakıda dəhşətli yol qəzası baş verib.

Cia.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, noyabrın 18-də saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub. Nəticədə hər iki piyada aldıqları xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də araşdırmalar aparılır.

Cia.az