|
Gürcüstanın müdafiə naziri Azərbaycana gələcək

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli dekabrın əvvəlində Azərbaycana səfər edəcək.

Bu haqda ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

O, noyabrın 19-da Şimali Amerika və Avropa ölkələrinə iki həftəlik səfərə yola düşüb.

Nazirin səfəri Kanadadan başlayacaq, oradan Nyu-Yorka gedərək, BMT-nin sülhməramlı missiyasının rəhbərliyi ilə görüşəcək.

Tinatin Xidaşeli ABŞ-dan Avropaya səfər edəcək. Nazir iki həftəlik səfərinin sonunda Bakıya gələcək.

Cia.az