|
"Onunla qocalmaq istəyirəm"

Rejissor-aktrisa Ancelina Coli “People” jurnalına müsahibə verib. 
Hollivud ulduzu Bred Pittlə ailəli olan aktrisa uğurlu evliliyin sirlərini bölüşüb. Qocalmaqdan qorxmadığını deyən Coli Bredlə həmin dövrü səbirsizliklə gözlədiyini deyib: 
“Biz Bredlə çox xoşbəxtik və zaman keçdikcə bir-birimizin necə dəyişəcəyini görmək üçün səbirsizlənirik. Onunla qocalmaq istəyirəm”.
Həyatyoldaşı ilə “By the Sea” (“Dəniz kənarında”) filmində çəkilən aktrisa film üzərində birgə işin onların nikahını möhkəmlətdiyini bildirib:
 
“Ciddi mübahisələr evliliyi daha da möhkəmləndirir. Əgər siz çiyin-çiyinə söykənirsinizsə, bu nikah daha da güclənir. Hər nə qədər mübahisəmiz düşsə də, sonda öz-özümə deyirəm ki, mənim vəzifəm onu sevməkdir”.

Cia.az