Dekabr ayı azərbaycandilli Vikipediyada “Rəssamlıq ayı” elan olunub.
CİA.Az ictnews.az-a istinadən xəbər verir ki, “Rəssamlıq ayı” – “Mövzulu ay” layihəsinin bir hissəsi kimi rəssamlıq haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
Layihə iştirakçıları “Vikipediya: Mövzulu ay/Rəssamlıq ayı/Plan” səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin rəssamlıqla bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
Qeyd edək ki, sözügedən layihə “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.
