|
"Məğlubiyyətə hər hansı bir səbəb tapmaq çətindir. Oyunun əvvəllərində bir neçə qol vurmaq imkanlarımız oldu. Hansı ki, bundan yararlanaraq hesabda önə keçməli idik. Lakin bacarmadıq. Rəqib isə bizim zəif cəhətlərimizdən istifadə etdi". Bu sözləri Rusiya U-21 millisinin baş məşqçisi Dmitri Xomuxa yığmamıza ölkəsinin mətbuatına açıqlamasında deyib. "Standart vəziyyətlər zamanı düzgün oynamadıq və qapımızda qol gördük. Hesabda geri düşdükdən sonra komandada psixoloji vəziyyət düşündüyümüz kimi olmadı. İkinci qolu buraxdıqdan sonra isə hesabda dönüş yaratmaq üçün arqumentimiz qalmadı. Bu, məşqçilik karyeramda ən ağır məğlubiyyətdir. Amma bu mənə düşünmək üçün çox əsas verdi. Belə görünür ki, bizim futbolçularımızda rəqabət çatışmır. Bu da böyük ölçüdə onların yüksək səviyyədə oyun təcrübəsinin olmaması ilə bağlıdır". Cia.az
|
