|
ABŞ-da yayımlanacaq ilk türk serialı

55-dən çox ölkədə nümayiş olunan məşhur “Möhtəşəm yüz il” serialının yayımlanacağı ölkələr sırasına daha biri əlavə olunub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın “Fox” kanalına satılan ekran işi ispan dilinə dublyaj olunaraq göstəriləcək. Serial həmin kanalda “Suleiman-El Gran Sultan” adıyla yayımlanacaq.

Qeyd edək ki, “Möhtəşəm yüz il” ABŞ-da nümayiş olunacaq ilk türk serialıdır.