|
MSK ləğv olunan məntəqələrin sayını açıqladı

MSK noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin ümumi nəticələrinin yekunlarına dair protokol tərtib edilməsi barədə qərar verib.

MSK katibi Arifə Muxtarova qeyd edib ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə 17 seçki məntəqəsi, o cümlədən 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 15 saylı Yasamal Birinci Seçki Dairəsi, 82 saylı Ağcabədi Seçki Dairəsi, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi, 85 saylı Şamaxı Seçki Dairəsi, 21 saylı Nəsimi Birinci Seçki Dairəsi üzrə bəzi seçki məntəqələrində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub.

90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi dairələr üzrə ümumi nəticəyə təsir etməyib. Bunlar nəzərə alınaraq, MSK-nın seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi barədə qərar verilib.

Cia.az