|
Fransa polisi 7 terrorçu ələ keçirdi -

Fransa polisinin bu səhər başlatdığı xüsusi əməliyyatda saxlanılan terrorçuların sayı yeddiyə çatıb.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Sen-Denidə keçirilən əməliyyat zamanı terrorçulardan 3-ü öldürülüb. Polislər axtarış apardıqları yerlərdən bomba və tüfənglər ələ keçiriblər. Zərərsizləşdirilən terroçuların yeni bir terror planı hazırladıqları məlum olub.

Paris qətliamının əsas təşkilatçısı olan Əbdülhəmid Abaaoudun canlı olaraq ələ keçirilənlər arasında olduğu ehtimal edilir.

Əməliyyat zamanı bir qadın terrorçu isə özünü partladaraq öldürüb.

Cia.az