Qırğızıstanda 6.3 bal gücündə zəlzələ baş verib.
Zəlzələ Qazaxıstanda da hiss edilib
Qazaxıstan Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, zəlzələ yerli saat ilə 23.39-da Almatanın 495 kilometrliyində , Qırğızıstan ərazisində baş verib.
Zəlzələ Qazaxıstanın Taraz, Merke və Almata şəhərlərində hiss edilib.
ABŞ rəsədxansı isə zəlzələnin 5.7 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ nəticəsində tələfat olub-olmadığı haqqında hər hansısa bilgi yoxdur.
Cia.az
