|
Tarkan, Gökhan, Sezen Aksu onun üçün yığışdılar -

Aktyor Cem Yılmazın "Ali Baba və 7 cüceler" filmi çox uğurla təqdim olunub.
İlin ən yaxşı açılışı sayılan film ilk həftədə yarım milyondan çox izləyici toplayıb. Dünən isə Cem Yılmaz sənət dünyasından olan ən məşhur dostları üçün xüsusi nümayiş təşkil edib.
Onlar arasında Sezen Aksu, Tarkan, Mazhar Alanson-Biricik Suden və Gökhan Özoğuz da vardı. Aktyorun qardaşı Can Yılmaz ulduz heyətin fotosunu çəkərək İnstaqrama yükləyib.

 


 
Cia.az