|
Xaçmazda yanında silah olan meyit tapıldı

Xaçmaz rayonunun Baraxum kənd sakininin meyiti öz bağında tapılıb.

1979-cuil təvəllüdlü Elçin Arzumanovun meyiti tapılarkən yanında tüfəng də olub.

Hadisə yerinə Xaçmaz Rayon Prokurorluğunun əməkdaşları gəlib. Onun intihar etdiyi ehtimal olunur.

Ölümün dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Cia.az