|
Nabranda 3 adamı bıçaqladılar
(Region TV) xəbər verir ki, dünən Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. 3 nəfərin bıçaqlandığı hadisə Xudat şəhər Nabran qəsəbəsində qeydə alınıb.
Xəsarət alan Nabran qəsəbə sakinləri 27 yaşlı Famil İsayev, 39 yaşlı Samir Səmədov və 38 yaşlı Robert Məmmədəliyev  Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Famil İsayev və Samir Səmədova qarının ön divarının kəsilmiş-deşilmiş yarası, Robert Məmmədəliyevə isə sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi məlum deyil.
 
Hazırda faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Cia.az