|
“Gəlinim pulumu oğurlayıb” -

Bakıda 49 yaşlı qadın keçmiş qohumlarından polisə şikayət edib.

Mərdəkan qəsəbəsi Y.Yesenin küçəsində yaşayan 1966-cı il təvəllüdlü Tamella Ağayeva polisə müraciət edərək evindən oğurluq olduğunu bildirib.

O deyib ki, oğurluğu bir müddət öncə oğlundan boşanan keçmiş gəlini 1997-ci il təvəllüdlü F.Quliyeva və onun anası Zülfiyyə edib. T.Ağayeva evinə gələn keçmiş qohumlarının ondan 1800 manat oğurladığını bildirib.
Araşdırma aparılır.

Cia.az